Elastiklik

Elastikliyə nümunə

Elastiklik — xarici qüvvәlәrin tәsiri ilә forma vә ölçüsünü dәyişәn vә qüvvәlәrin tәsiri kәsildikdәn sonra әvvәlki konfiqurasiyasını alan cisimlәrin xassәsi.

Әksәr materialların (mәsələn, metallarda, dağ süxurlarında, keramikada) kiçik deformasiyaları zamanı gәrginliklərdeformasiyalar arasındakı asılılıq xәttidir vә onu ümumilәşmiş Huk qanunu ilә tәsvir etmәk olar. Elastiklik modulunu bәzi universal funksiyalarla әvәz etmәklə qeyri-xәtti elastiklik qanunlarını ümumilәşmiş Huk qanununa oxşar formada vermәk mümkündür.

Cisimlәrin elastikliyi onları tәşkil edәn atomların qarşılıqlı tәsir qüvvәlәri ilә şәrtlәnir. Mütlәq sıfır temperaturunda xarici gәrginliklәrin olmadığı bәrk cisimdә atomlar tarazlıq vәziyyәtindәdir. Bu halda hәr bir atoma qalan digәr atomlar tәrәfindәn tәsir edәn bütün qüvvәlәrin cәmi sıfıra, atomun potensial enerjisi isә minimuma bәrabәr olur. Çoxatomlu molekullarda vә makroskopik cismlәrdә yalnız atomlar arasındakı mәsafәdәn asılı olan cazibә vә itәlәmә qüvvәlәrindәn (mәrkәzi qüvvәlәr) başqa, verilmiş atomu onun müxtәlif qonşuları ilә birlәşdirәn düz xәtlәr arasındakı valent bucaqlarından asılı mәrkәzi olmayan qüvvәlәr dә tәsir edir. Valent bucaqlarının tarazlıq qiymәtlәrindә mәrkәzi olmayan qüvvәlәr dә tarazlaşır. Makroskopik cismin enerjisi atomlararası mәsafәdәn vә valent bucaqlarından asılı olub bu parametrlәrin tarazlıq qiymәtlәrindә minimum qiymәt alır.

Xarici qüvvәlәrin tәsiri ilә atomlar tarazlıq vәziyyәtindәn çıxaraq yerlәrini dәyişirlәr. Cismin formasının vә hәcminin dәyişmәsinә sәbәb olan hәmin qüvvәlәrin gördüyü iş qәdәr bu cismin potensial enerjisi artır.

Xarici qüvvәlәrin tәsiri kәsildikdәn sonra elastik cisim öz-özünә tarazlıq vәziyyәtinә qayıdaraq әvvәlki konfiqurasiyasını alır. Cisimdә toplanan artıq potensial enerji rәqs edәn atomların kinetik enerjisinә, yәni istiliyә çevrilir.

Mayelәr (hәmçinin dә qazlar) elastiki formaya deyil, yalnız elastiki hәcmә malikdirlәr: hәcmin kiçilmәsi tәtbiq edilәn tәzyiqlә mütәnasibdir.

Qazların atom vә ya molekulları arasındakı orta mәsafә kifayәt qәdәr böyük olur. Qazların (buxarların) elastikliyi onun hәcmini mәhdudlaşdıran qabın divarları ilə toqquşan molekulların istilik hәrәkәti ilә tәyin edilir.


Developed by StudentB